Kaxa Kaladze - Vake parkındakı faciə məni məhv etdi, paralel olaraq mən şəhərin inkişafının tələb etdiyi yerdə olmaq məsuliyyətini daşıyıram
Kaxa Kaladze - Vake parkındakı faciə məni məhv etdi, paralel olaraq mən şəhərin inkişafının tələb etdiyi yerdə olmaq məsuliyyətini daşıyıram

 
Tbilisi meri Kaxa Kaladze Vake parkında baş verən faciəyə bir daha münasibət bildirib və qeyd edib ki, bu gün paytaxtın tarixində ən ağır gün olub və şəxsən onun üçün sarsıdıcı olub.

Kaladze paytaxtda yaşayan vətəndaşlar qarşısında şəhərin inkişafı üçün zəruri olan fəaliyyətini davam etdirmək istiqamətində məsuliyyət və öhdəlik daşıdığını bildirib.

“Bir daha 11 gün əvvəl baş vermiş faciəyə toxunmaq istəyirəm. Paytaxt tarixinin ən ağır günü, ailə üçün, şəxsən mənim üçün ən ağır gün – məni məhv edən faciə idi. Eyni zamanda qeyd etməliyəm ki, üzərimə böyük məsuliyyət düşür, bu şəhərdə yaşayan insanlar qarşısında, mənə etimad göstərmiş yüz minlərlə insan qarşısında məsuliyyət daşıyıram. Əlbəttə, mən bu gün buradayam, çünki şəhərin buna ehtiyacı var və Tbilisinin inkişafının tələb etdiyi yerdə olacağıq” – deyə Tbilisi meri bildirib.