Kaxa Kaladze - Vake parkında, "Budapeşt" mehmanxanasının tikintisi üçün ərazinin dəyişdirilməsinin dəyəri 2 800 000 ABŞ dollarıdır
Şirkət Vake Parkında “Budapeşt” mehmanxanasının tikintisi üçün ayrılmış ərazinin müqabilində iki milyon 800 min ABŞ dolları alacaq – bu barədə Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında açıqlayıb.
O, qeyd olunan məbləğin şirkətin ilkin tələb etdiyi məbləğdən təxminən üç milyon ABŞ dolları az olduğunu bildirib.
“Vake parkında tikintiyə icazə illər əvvəl verilib. İlk dəfə 2013-cü ildə Qiqi Uqulava paytaxt meri olarkən bu ərazidə çoxmərtəbəli binanın tikintisi ilə bağlı zonal müqavilə verib. Bir çox insan bu fakta etiraz etdi. Bu müddət ərzində qeyd olunan məsələ üzərində işləyirdik. Bu gün əvəzetmə baş tutdu. İlk dəfə təklif olunan təzminat məbləği 5 milyon 700 min ABŞ dolları idi. Bu, bizim üçün qəbuledilməz idi. Bu şirkətə təzminat kimi verəcəyimiz torpaq sahəsinin dəyəri 2 milyon 800 min ABŞ dollarıdır ki, bu da ilkin tələb olunan məbləğdən təxminən 3 milyon ABŞ dolları azdır”- deyə Kaxa Kaladze açıqlayıb.
Tbilisi meri sözügedən ərazinin qaydaya salınmasını öz müavini Andria Basilaiaya tapşırıb.
“Andria Basilaiaya sözügedən ərazinin qaydaya salınmasını tapşırmaq istərdim. Layihə hazırlayın və bu məkanın hansı formada Vake parkına qaytarılacağını ictimaiyyətə təqdim edək”- deyə Kaxa Kaladze açıqlayıb.