Kaxa Kaladze - Vake Parkı işi ilə bağlı kiminsə sualları cavablandırmaq zərurəti yaranarsa, istənilən əməkdaşımız hazırdı, lakin Tbilisi Meriyası istedadsız şoularda iştirak etmək niyətində deyil
Getməyiblərsə düz ediblər, mən bu qərarı təqdirəlayiq hesab edirəm, çünki çox ciddi faciə olan bu işlə bağlı istintaq aparılır və istintaq çərçivəsində hər hansı sual yaranarsa, bütün suallara cavab veriləcək- bu barədə Tbilisi meri Kaxa Kaladze “Milli Hərəkat” fraksiyasının iclasına müavinlərinin çağırılması barədə danışarkən bildirib.
Kaladze “Milli Hərəkat”ın əsas məqsədinin hansısa yolla şou təşkil etmək olduğunu bildirib.
“Bu məsələ ilə manipulyasiya etməyə çalışan insanlara gəlincə, onları insanların taleyi qətiyyən maraqlandırmır. İnsanların sağlamlığı ilə heç maraqlanmırlar. Onların əsas məqsədi hansısa formada nəyisə təşkil etmək, şou yaratmaqdır. Bu imkanı heç kimə verməyəcəyik. Faktla bağlı istintaq aparılır. Əgər istintaqdan irəli gələrək kiminsə sualları cavablandırmaq zərurəti yaranarsa, istənilən əməkdaşımız hazırdı, lakin Tbilisi Meriyası istedadsız şoularda iştirak etmək niyətində deyil”-deyə Kaladze açıqlayıb.