Kaxa Kaladze - uşaqlar arasında çirkabın təbliğ edilməsi olduqca zərərlidir, heç bir halda buna yol verməməliyik
Çirkabın təbliğatı aparılarkən, kimdən olmasından və harada olmasından asılı olmayaraq, biz onun adını verməliyik – bu barədə Tbilisi meri Kaxa Kaladze “McDonald’s Georgia” tərəfindən “Happy Meal” proqramı çərçivəsində nəşr olunan broşüralarla bağlı açıqlayıb.
O, uşaqlar arasında çirkabın təbliğ edilməsinin olduqca zərərli olduğunu bildirib.
“İlk növbədə, biz atalar və analar bu barədə öz səsimizi ucaltmalıyıq. Söhbət balacalardan gedir və müvafiq olaraq, kimdən və hansı ölkədən gəlməsindən asılı olmayaraq bu, olduqca böyük çirkabdır. Biz heç bir halda buna yol verməməliyik və təbliğata imkan verməməliyik” – deyə Kaxa Kaladze açıqlayıb.