Kaxa Kaladze - Ukrayna və Gürcüstan vətəndaşları sülhün qiymətini yaxşı bilirik, "sülh" sözünün müxalifətin qəlbinə niyə toxunduğu və niyə builki Yeni il şüarı ilə mübarizə apardıqları anlaşılmazdır
Sülh olmazsa, istənilən iş, nailiyyət solğunlaşır. Bu səbəbdən builki Yeni il şüarının – sülh şəhərinin çoxlu spekulyasiyalarla müşaiyət olunması bizim üçün bir az qəribə oldu – bu barədə paytaxtın meri Kaxa Kaladze Tbilisi Sakrebulosunda illik hesabatı təqdim edərkən açıqlayıb.
O, ukraynalılarla birlikdə Gürcüstan vətəndaşlarının da sülhün qiymətini çox gözəl bildiklərini və “sülh” sözünün müxalifətin qəlbinə niyə toxunduğu və niyə builki Yeni il şüarı ilə mübarizə apardıqlarının anlaşılmaz olduğunu bildirib.
“Sülh olmazsa, istənilən iş, nailiyyət solğunlaşır. İnkişaf, gələcək planlar, perspektivlər, layihələr yalnız sülh şəraitində vacibdir. Məhz bu halda bizim işimiz, təhsilimiz, yaradıcılığımız və ya arzularımız məna kəsb edir. Bu səbəbdən builki Yeni il şüarının – sülh şəhərinin çoxlu spekulyasiyalarla müşaiyət olunması bizim üçün bir az qəribə oldu. Bu, anlaşılmaz olması ilə yanaşı, mənim üçün qəti şəkildə qəbuledilməzdir. Sanki builki şüarın xal qazanmaq prinsipi əsasında, kiminsə acığına seçilməsinə dair arqument heç də gülməli deyil. Sadəcə olaraq, bu mövzuda ciddi danışmaq imkansızdır, bunu özümə yaraşdırmaram, siz də yaraşdırmazsınız, lakin sülhün qiymətinin nə olduğunu bu gün ən yaxşı bizim dost Ukrayna xalqı bilir. Bu səbəbdən bu yeni ildə məhz sülh və əmin-amanlıqla yanaşı, azadlıq uğrunda mübarizə aparan hər bir insana qələbə arzulayıram. Ölkəmizə, xalqımıza, şəhərimizə əmin-amanlıq arzulayıram. Biz ukraynalılarla birlikdə sülhün qiymətini çox yaxşı bilən Gürcüstan vətəndaşlarıyıq. Təəssüf ki, ölkənin müharibədə olmasının nə demək olduğunu çox yaxşı bilirik. Bütün bunları nəzərə alarsaq, “sülh” sözünün müxalifətin qəlbinə niyə belə acılı şəkildə toxunduğu və niyə bu şüara qarşı mübarizə apardıqları və mübarizəni davam etdirdikləri anlaşılmazdır, hərçənd müxalifətin siyasi asılılıq istiqamətini, keyfiyyəti və dar partiya maraqlarını nəzərə alarsaq hər şey aydın olur, göz qabağındadır” -deyə Kaladze açıqlayıb.