Kaxa Kaladze Türkiyə səfirliyində açılan başsağlığı kitabına ürək sözlərini yazıb
Kaxa Kaladze Türkiyə səfirliyində açılan başsağlığı kitabına ürək sözlərini yazıb

 

Tbilisi meri Kaxa Kaladze Türkiyə səfirliyində olub, Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbayla görüşüb və Türkiyədə baş verən faciə ilə bağlı başsağlığı verib.

Paytaxt meri Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olan insanlara görə dərin məyusluq hissi keçirdiyini bildirib və başsağlığı kitabına ürək sözlərini yazıb.

“Türkiyədə, konkret olaraq fəlakət zonasında baş verən faciəni sözlə ifadə etmək çətindir. Türk xalqına başsağlığı vermək və ölkəmizin, xalqımızın onların yanında olduğunu bildirmək istəyirəm. Türk xalqına və bütün dünyaya sülh arzulayıram”- deyə Kaxa Kaladze açıqlayıb.