Kaxa Kaladze - Tsereteli prospektinin reabilitasiyası ilə bağlı heç bir istintaq orqanı meriyaya daxil olmayıb, bu, böyük yalandır
Kaxa Kaladze - Tsereteli prospektinin reabilitasiyası ilə bağlı heç bir istintaq orqanı meriyaya daxil olmayıb, bu, böyük yalandır

 
Tbilisi meri Kaxa Kaladze bildirir ki, Tsereteli prospektinin reabilitasiyası layihəsi ilə bağlı yanlış məlumatlar yayılır, buna görə bəzi media nümayəndələri ictimaiyyətdən üzr istəməlidir. O, bu barədə müvafiq suala cavabında açıqlayıb və qeyd edib ki, son vaxtlar heç bir istintaq orqanı Tbilisi Meriyasına daxil olmayıb.

“Guya paytaxt meriyasına Dövlət Təhlükəsizliyi Xidməti, Maliyyə Nazirliyinin İstintaq Xidməti və s. gəlməsi ilə bağlı bir neçə gün əvvəl yalan məlumat yayıldı . Bu, böyük yalan və dezinformasiyadır. Yalan və yanlış məlumat yaydığınıza görə bir zəhmət ictimaiyyətdən üzr istəyin. Tsereteli prospektinə gəlincə, işlər gecə-gündüz aktiv şəkildə aparılır. Artıq alt qatlarda asfalt örtüyü döşənib. Növbəti işlər səkinin qaydasına salınması, kommunikasiya quyusunun başlıqlarının qaldırılması və müvafiq göstəriyə çatdırılması olacaq, bundan sonra da asfalt örtüyünün sonuncu qatının döşənməsi işləri aparılacaq. İctimaiyyətə söz verdiyimiz kimi, yanvarın sonunda nəqliyyatın hərəkəti ikitərəfli qaydada bərpa olunacaq və prospektdə sərbəst şəkildə hərəkət etmək mümkün olacaq”- deyə Kaxa Kaladze açıqlayıb.

Suala – İstintaq orqanlarının nümayəndələrinin sözügedən layihə ilə maraqlandığını istisna edirmi ?
Tbilisi meri cavabında, layihə ilə bağlı istənilən məlumatın açıq olduğunu və munisipalitet meriyası tərəfindən gizlədiləcək heç nəyin olmadığını bildirib.

“Kimsə maraqlanarsa, hamıya cavab verəcəyik. Gizlədəcək heç nə yoxdur, bütün məlumatlar açıqdır və hər kəs onu əldə edə bilər. Hamısı əlçatandır. Deməli, əslində gizlədəcək heç nə və problem yoxdur” – deyə paytaxt meri qeyd edib.