Kaxa Kaladze - Torpaqlara sahib olmalara və qeyri-qanuni inşaatlara imkan verməyəcəyik
2017-ci ilin noyabrın 20-dən 2018-ci ilin yanvarın 17-nə qədər, inşaat məsələlərinin qaydaya salınması ilə bağlı, 200-dən artıq şirkətə sözlü tapşırıq verildi” – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze paytaxtın hökümət iclasında verdi.
Onun dediyinə görə, inşaat pozuntularının statistikası şok edicidir.
“Pozuntularla işləyəyn 54 inşaat şirkətinin fəaliyyəti dayandırıldı. İnşaat standartlarının pozulması üçün tətbiq edilən cərimə 627 000 laridir. Əlimizdə olan pozuntular statistikası dəhşət vericidir.
Bu pozuntulara yol verən kim olursa, olsun biz buna baş əyməyəcəyik. Nəzarət Xidmətinin rəhbəri Giorgi Baqrationiyə birdaha müraciət edirəm ki, heç bir qeyri-qanuni inşaat faktını reaksiyasız qoymasın” – dedi Kaladze.