Kaxa Kaladze - tərəfdarlarımızdan xahiş etmək istəyirik, Parlament seçkilərinin birinci turunda olduğu kimi, sabah da fəal olsunlar
Tərəfdarlarımıza müraciət və xahiş etmək istəyirik, Parlament seçkilərinin birinci turunda olduğu kimi, sabah da fəal olsunlar, – bu barədə “Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladze bəyan etdi.
Kaxa Kaladzenin qeyd etdiyinə görə, sabah 17 majoritar seçki dairəsində Parlament seçkilərinin ikinci turu keçirilir.
“Daha konkret olaraq açıqlasaq, ikinci tur qarşıdakı dairələrdə keçirilir: Tbilisinin hər səkkiz seçki dairəsində, Rustavi və Qardabani kəndlərində, Msxeta-Mtianetidə, Telavi-Axmeta-Ğvareli-Laqodexidə, Xaşuri-Kareli-Qoridə, Kutaisidə, Zestaponi-Bağdati-Tercola-Tğibulidə, Zuqdididə, Batumidə, Xelvaçauri-Keda-Xuloda.
Baxmayraq ki, müxalifət ikincu turda iştirak etməkdən nümayişkaranə imtina etdi, onların namizədləri seçki bülletenlərində sabah təqdim olunacaqlar və onlar yenə də tamhüquqlu namizədlər olaraq qalırlar. Müxalif partiyalar seçki dairələrinin böyük hissəsində sabah seçicilərin səfərbər olunması üçün fəal işləyirlər. Bundan irəli gələrək, tərəfdarlarımıza müraciət və xahiş etmək istəyirik, Parlament seçkilərinin birinci turunda olduğu kimi, sabah da fəal olsunlar. Xahiş edirik, ölkəyə qarşı sevgi və peşakarlığı ilə fərqlənən, tərəfimizdən təqdim olunan layiqli namizədləri dəstəkləyəsiniz”, – Kaxa Kaladze bəyan etdi.