Kaxa Kaladze - tənzimləmələri sərtləşdiririk ki, tinkintidə işlə təmin olunanların təhlükəsizliyi müdafiə olunsun
Kaxa Kaladze - tənzimləmələri sərtləşdiririk ki, tinkintidə işlə təmin olunanların təhlükəsizliyi müdafiə olunsun

Tbilisi meri, Kaxa Kaladzenin bəyanatına görə, tikinti təhlükəsizliyi baxımından tənzimləmələr sərtləşdiriləcək.

Mer 100 günlük hesabatını təqdim edərkən, bu məsələ üzrə əməkdaşlıq üçün qanunverici orqarnına təşəkkürünü bildirdi.

“Tikinti təhlükəsizliyi standartları ciddi nəzarət olunacaq. Biz bu istiqamət üzrə işləməyə başladıq. Müəyyən qanunvericilik dəyişikliklərimiz var. Parlamentə əməkdaşlıq üçün təşəkkürümü bildirmək istəyirəm. Bu istiqamətlə qanuna edilən dəyişikliklər əhəmiyyətlidir”, – Kaxa Kaladze bəyan etdi.

Onun dediyinə görə, tinkintidə işlə təmin olunan vətəndaşların təhlükəsizliyinin müdafiə olunması üçün, tənzimləmələr sərtləşdirilir.