Kaxa Kaladze - texniki hökumətin mövzusu göstərir ki, müxalifət partiyalarının polarizasiyanı dayandırmaq arzusu yoxudur
Kaxa Kaladze - texniki hökumətin mövzusu göstərir ki, müxalifət partiyalarının polarizasiyanı dayandırmaq arzusu yoxudur

Tbilisi meri Kaxa Kaladzenin bəyan etdiyinə görə, texniki hökumətdən söhbət müxalifət partiyalarının ölkədə polarizasiyaya son qoymaq və sülh yaratmaq arzusunda olmadığını göstərir.

Kaladzenin sözlərinə görə, bu gün Gürcüstanda ölkənin əksəriyyəti tərəfindən seçilən hökumət var və bu ölkədə hakimiyyət dəyişikliyi seçki yolu ilə baş verəcək.

“Bu, adi olaraq onu göstərir ki, dediyiniz müxalifət partiyalarının konkret problemlərin həllinə həm iqtidarın, həm də müxalifətin qatılacağı ölkədə qütbləşməyə son qoymaq, sülh yaratmaq arzusu yoxudur. Bütün məsələlərdə eyni fikirdə olmaya bilərik, fikir ayrılıqları ola bilər, lakin onlar sağlam və konstruktiv olmalıdır, nəinki gördüyümüz, eşitdiyimiz kimi. Texniki hökumətin mövzusunun tamamilə cəfəngiyyat olduğu haqda bəyanatlar da eşidirik və bizə inanmasalar, Avropa və Qərb partnyorlarımız da buna işarə edirlər.

Gürcüstanda ölkənin əksəriyyəti tərəfindən seçilən hökumət var və bu ölkədə hakimiyyət dəyişikliyi seçki yolu ilə baş verəcək və xalq qərar vefrəcək, “Gürcü Arzusunu” hakimiyyətdə saxlamaq istəyirmi? 2024-cü ildə Parlament seçkiləri keçiriləcək və ölkə əhalisinin əksəriyyəti qərar verəcək”, – Kaxa Kaladze bəyan etdi.