Kaxa Kaladze - təəssüflər olsun ki, hələ də qarşıdurma yaratmaq, hakimiyyəti devirmək arzusunda olan siyasi qruplar var, bəlkə də onlara kənardan dəstək verirdilər, amma biz buna imkan verməyəcəyik
Kaxa Kaladze - təəssüflər olsun ki, hələ də qarşıdurma yaratmaq, hakimiyyəti devirmək arzusunda olan siyasi qruplar var, bəlkə də onlara kənardan dəstək verirdilər, amma biz buna imkan verməyəcəyik

Sözügedən qanun layihəsi bizim ixtiramız deyil, Avropanın bir çox inkişaf etmiş ölkələrində oxşar qanunlar qüvvədədir və buna uyğun olaraq qrupların gərginlik və iğtişaşlar yaratmağa cəhd edə biləcəyi bəzi təhlükələr hələ də qalmaqdadır – Tbilisi meri Kaxa Kaladze bildirib.

Kaladzenin sözlərinə görə, “Yığıncaqlar və nümayişlər haqqında” qanuna dəyişikliklərin qəbul edilməsi vacibdir.

“Aydındır ki, kim buna qarşı çixacaqsa, kim qarşı çıxırsa, əslində ona Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin danışdığı radikal kursun lideri demək olar. Qeyd edək ki, təəssüflər olsun ki, hələ də qarşıdurma yaratmaq, hakimiyyəti devirmək arzusunda olan siyasi qruplar, siyasətçilər var, bəziləri hətta kənardan dəstək verə bilər, amma biz buna imkan verməyəcəyik, çünki biz ölkədə sülhü qorumaq istəyirik.”, – Kaladze bildirib.

Oktyabrın 19-da Salome Zurabişvili “Yığıncaqlar və nümayişlər haqqında” qanuna dəyişikliklərə veto qoyub.