Kaxa Kaladze - Tədbirimizdə Salome Zurabişvili çıxış etməli idi? Çox üzr istəyirəm, niyə?
Kaxa Kaladze - Tədbirimizdə Salome Zurabişvili çıxış etməli idi? Çox üzr istəyirəm, niyə?

Tədbirimizdə çıxış etməli idi? Çox üzr istəyirəm, niyə? – “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze jurnalistlərin Gürcüstan prezidenti Salome Zurabişvilinin Avropa İttifaqına namizəd statusunun qeyd olunması mərasimində çıxışına niyə icazə verilmədiyi sualına belə cavab verib.

Kaladzenin sözlərinə görə, Gürcüstanın namizəd statusuna layiq olmadığını deyən ölkə prezidentinin dünənki tədbirdə niyə çıxış etməli olduğu onun üçün tamamilə anlaşılmazdır.

“İcazə verilməyib nə deməkdir? Çox üzr istəyirəm, niyə çıxış etməli idi? Ölkə prezidenti çıxıb deyirdi ki, ölkə statusa layiq deyil və siz hansı məntiqlə deyirsiniz ki, bizim tədbirimizə çıxıb camaatı salamlamalı idi? Bu, tamamilə anlaşılmazdır”, – deyə Kaxa Kaladze bildirib.