Kaxa Kaladze - Təbrik edirəm, hər bir seçiciyə çox sağ olun, bu gün Gürcüstan bütün dünyaya göstərdi ki, biz sülhsevər xalqıq
Bu gün Gürcüstan bütün dünyaya göstərdi ki, biz sülhsevər xalqıq, bizə sülh, inkişaf, tərəqqi lazımdır və hamı başa düşməlidir ki, Gürcüstan heç vaxt keçmişə qayıtmayacaq. – Patia “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze bu barədə exit-pollun nəticələrini açıqladıqdan sonra bildirib.
Kaladzenin qeyd etdiyi kimi, “Gürcü arzusu”nun üzvləri xalqın xidmətində olacaqlar.
“Təbrik edirəm, dostlar. Mən çox şadam, ilk növbədə hər bir seçiciyə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu gün Gürcüstan bütün dünyaya göstərdi ki, biz sülhsevər xalqıq, bizə sülh, inkişaf, tərəqqi lazımdır və hamı başa düşməlidir ki, Gürcüstan heç vaxt keçmişə qayıtmayacaq. Gürcüstan heç vaxt insanların işgəncələrə məruz qaldığı, ailələrin acınacaqlı vəziyyətə salındığı dövrə qayıtmayacaq. Biz inkişaf etmək, irəli getmək istəyirik və bütün bunlara görə hər birinizə çox minnətdarıq. Partiyamızın yaradıcısı cənab Bidzina İvanişvilinin dediyi kimi, biz hamımız sizin xidmətinizdə olacağıq, gürcü xalqının xidmətində olacağıq və çox gözəl işlər görəcəyik, gözəl layihələr həyata keçirəcəyik. Biz Gürcüstanı mütləq Avropa və Avropa Birliyi deyilən, lakin ləyaqətli, başı uca və ləyaqətlə dolu olan istiqamətə aparacağıq”. – Kaladze bildirib.
Gürcüstanın üç telekanalı – “İmedi”, “Formula” və “Mtavari” 2024-cü il parlament seçkiləri üçün keçirilən ekzitpolun nəticələrini dərc edib.