Kaxa Kaladze - Tbilisinin 2023-cü ilin büdcəsi misilsiz həcmdə, 1 milyard 632 milyon lari həcmində təsdiq edilib
Paytaxt meri Kaxa Kaladze Tbilisinin gələnilki büdcəsinin misilsiz həcmdə, 1 milyard 632 milyon lari həcmində olacağını bildirib.
Kaladzenin Tbilisi Munisipalitetinin hökumətinin iclasında qeyd etdiyi kimi, ötən ilin büdcəsi ilə müqayisədə mühüm layihələrin həyata keçirilməsinə 326 milyon lari daha çox xərclənəcək.
“Biz sakrebulonun qarşısına çıxdıq, 2022-ci ildə gördüyümüz işlərlə bağlı hesabatı bir daha ictimaiyyətə təqdim etdik. Həmçinin 2023-cü ildə nə edəcəyimizi danışdıq. Mən bir daha sakrebulonun üzvlərinə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Gələn ilin büdcəsi misilsiz yüksək – 1 milyard 632 milyon lari olacaq. Tbilisi Munisipalitetinin heç vaxt belə böyük büdcəsi olmayıb. 2017-ci ildə mer kimi ilk müddətim başlayanda paytaxtın büdcəsi 800 milyondan bir qədər çox idi. 2022-ci ilin büdcəsi ilə müqayisədə isə gələn ilin 326 milyon lari çoxdur. Bundan əlavə, gələn il munisipalitet beynəlxalq donor təşkilatlardan cəlb edilmiş vəsait hesabına 166 milyon lari dəyərində layihələr həyata keçirəcək”- deyə Kaxa Kaladze açıqlayıb.
O, gələn il ən çox vəsaitin- 515 milyon larinin infrastruktur layihələrinə xərclənəcəyini bildirib.
“Sözügedən büdcə çərçivəsində infrastruktura 515 milyon lari, ətraf mühitin mühafizəsi istiqamətinə 200 milyon lari, səhiyyə və sosial təminat sahəsinə 500 milyon lari, “Mənzil Kondomiumları Cəmiyyətinin İnkişaf Proqramı” üçün 39 milyon lari ayrılması vacibdir. Qəzalı evlərin əvəzlənməsi və möhkəmləndirilməsi proqramı yenə də davam edir. Həmçinin gələn il biz yeni avtobaza tikməyi və 2023-24-cü illərdə 18 metrlik avtobusları gətirməyi planlaşdırırıq”- deyə paytaxt meri açıqlayıb.
Bununla yanaşı, Tbilisi meri Tsereteli prospektinin, bir neçə küçə və körpünün gələn il bərpa olunacağını bildirib.
Məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayır.