Kaxa Kaladze - Tbilisidə tıxaclar həmişə olub, lakin bu qədər də deyil, bu Ketevan Dedopali və Melikişvili küçələrində aparılan tikinti işləri ilə bağlıdır
Tbilisidə tıxaclar həmişə olub, lakin bu qədər də deyil, bu Ketevan Dedopali və Melikişvili küçələrində aparılan önəmli və həmiyyətli tikinti işləri ilə bağlıdır, – bu barədə jurnalistlərə Tbilisi meri, Kaxa Kaladze bəyan etdi.
Onun dediyinə görə, Tsereteli və Vaja-Pşavela küçələrinin reabilitasiyasına gəldikdə, proses Ketevan Dedopali və Melikişvili küçələrində aparılan işlər yekunlaşdıqdan sonra başlayacaq.
“Ən mühüm iki layihə başa çatdıqdan sonra bu işlərə başlanacaq. Nəzərimdə Ketevan Dedopali və Melikişvili küçələrini tuturam. Bunlar imndi bağlanmış olan ən vacib iki qovşaqdır. Hazırda bərpa işləri, yeraltı kommunikasiyaların yenilənməsi gedir və növbəti mərhələ Tsereteli prospekti olacaq və biz gələn ildən Vaja-Pşavela prospektinin reabilitasiyası işlərinə başlayacağıq. Mövcud vəziyyəti onunla izah edəcəyəm ki, ən vacib iki qovşaq bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və bu da gün ərzində tıxaclara səbəb olur. Tbilisidə tıxaclar həmişə olub, lakin bu qədər də deyil, bu Ketevan Dedopali və Melikişvili küçələrində aparılan önəmli və həmiyyətli tikinti işləri ilə bağlıdır”, – Kaladze bəyan etdi.