Kaxa Kaladze - Tbilisi Meriyası texnikanın hansı şirkətdən alınması gərəkdiyini təyin etmir
Kaxa Kaladze - Tbilisi Meriyası texnikanın hansı şirkətdən alınması gərəkdiyini təyin etmir

 

Paytaxt meri Kaxa Kaladze Tbilisi Meriyasının qanunvericiliyə uyğun olaraq tender elan etdiyini və tender iştirakçılarını hər hansı bir əsasla məhdudlaşdırmaq hüququna malik olmadığını bildirib. Söhbət “Tbilservice Group”un küçələri yumaq üçün aldığı “Kamaz” markalı avtomobillərdən gedir.

“Tbilisi Meriyası texnikanın hansı şirkətdən alınması gərəkdiyini təyin etmir və texnikanın hansı ölkədən, hansı firmadan olmasını qanunla təyin etmək hüququna malik deyil. Tbilisi Meriyası qanunla nəzərdə tutulmuş müvafiq tender elan edir. Hər hansı bir problem olarsa, bu şirkətlərin tenderdə iştirak etmək imkanı olmayacaq, bu, gürcü şirkəti və ya xarici şirkət ola bilər”- deyə Kaxa Kaladze qeyd edib.