Tbilisi meri Kaxa Kaladze “Tbiliservis Qrupunun” inzibati binasını gözdən keçirdi. Paytaxt merinin dediyinə görə, gələcəkdə şəhərin təmizliyinə böyük diqqət yetiriləcək.
“Bu görüşün əsas məqsədi qışı hazırlıqlı qarşılamaqdır. Müvafiq olaraq hər cür hazırlığımız var. Duz alınıbdır – düşünürəm, qışda heç bir problem olmayacaq. Əgər əlavə texnika lazım olarsa, bu da mümkündür.
Özümüzün texnikamız var və müvafiq olaraq, qışda yollar problemi olmayacaq. Həmçinin, gələcəkdə şəhərin təmizliyinə böyük diqqət yetiriləcək. Ekologiyanın səhmana salınması mənim əsas prioritetlərimdəndir.
Yalnız təmizləmə işləri yetərli deyil – müxtəlif istiqamətlər var, biz bunlara diqqət yetirəcəyik, bu tikintilərdir, onun səhmana salınmasıdır, nəqliyyatdır, tüstüdür və bunların hamısının requlasiyaya çatdırılmasıdır.
Ümumi olaraq, ekologiya baxımından yaxşı mənzərə əldə edəcəyik”, – Kaxa Kaladze bəyan etdi.
Tullantıların idərəsinə gəldikdə isə, Kaladzenin dediyinə görə, bu baxımdan da asosiyasiya sazişi ilə öhdəliklərimiz var.