Kaxa Kaladze - tam məsuliyyətlə sanksiya tətbiq edilmiş heç bir şirkətin uçuşlar həyata keçirə bilməyəcəyini deyirik, aidiyyatı xidmətlər bunu öyrənir
Həm uçuşlar, həm də vizasız səyahət birtərəfli qərarlar idi, zənnimcə sabahdan birbaşa uçuşlar başlayacaq və bu da, insanlara başqa ölkədən keçmək yerinə birbaşa Rusiyanın müxtəlif şəhərlərinə getmək imkanı verəcək – bu barədə paytaxt meri Kaxa Kaladze açıqlayıb.
Kaladze sanksiya tətbiq edilmiş heç bir şirkətin Gürcüstana uçuşlar həyata keçirə bilməyəcəyini bildirib.
“Tam məsuliyyətlə sanksiya tətbiq edilmiş heç bir şirkətin uçuşlar həyata keçirə bilməyəcəyini deyirik, aidiyyatı xidmətlər bunu öyrənir. Abxaziya müstəqil ölkə statusu olan ölkələr siyahısından çıxarılıb, bu, olduqca yaxşıdır. Ölkəmizin ərazilərinin müəyyən hissəsinin işğal altında olması olduqca böyük problemdir. Bu, xalqımız və ölkəmiz üçün ən böyük çağırışlardan biridir. İqtidarımızın qeyd olunan siyasəti ilə ərazilərimizin işğaldan azad olunması və geri qaytarmağa müvəffəq olmağımız üçün biz hər şeyi etməliyik. Biz bunu sülh, güclü iqtisadi inkişaf, müdriklik, tərəqqi və təhsillə etməliyik” -deyə Kaladze açıqlayıb.