Kaxa Kaladze - Taksi sürücülərinin onlar üçün vacib olacaq lisenziyanı almaq üçün kifayət qədər vaxtı və imkanı var idi
Taksi sürücülərinin kateqoriya seçmək və munisipalitet tərəfindən müəyyən edilmiş güzəştlərdən yararlanmaq üçün münasib vaxtı var idi – bu haqda Tbilisi meri Kaxa Kaladze A kateqoriyalı taksilər kimi avtobus zolağında sürücülük hüququnun verilməsi ilə əlaqədar B kateqoriyalı taksi sürücülərinin etirazı ilə bağlı belə deyib.
“Artıq tənzimləmələr müəyyən edilib. Sürücülərin kateqoriyadan istifadə etmək və onlar və ümumiyyətlə biznes üçün vacib olacaq taksi lisenziyasını almaq üçün kifayət qədər vaxt və imkanı var idi. Bununla bağlı bir sıra açıqlamalar vermişik. Deməli, qeyd olunan proses tamamilə şəffaf və ədalətlidir, bu, təbii ki, təqdirə layiqdir. Gələcəkdə biz bəzi dəyişiklikləri və yenilikləri tətbiq etməyi planlaşdırmışıq ki, məncə, bu sahədə çalışan insanlar və biznes nümayəndələri üçün vacib olacaq”- deyə Kaxa Kaladze açıqlayıb.
Qeyd etmək lazmıdır ki, ictimai nəqliyyatdan başqa yanğınsöndürmə, xilasetmə, təcili tibbi yardım və patrul polisi avtomobillərinin avtobus zolağında (müvafiq işıqlar yandıqda) hərəkət etmək hüququ var. Həmçinin məktəb avtobusları və yalnız A kateqoriyalı taksilərin müəyyən hissəsi sərnişinləri mindirib-düşürmə anında əgər eyni zolaqda hərəkət edən ictimai nəqliyyata mane olmasa, avtobus zolağında hərəkət edə bilər.
A kateqoriyalı ağ rəngli taksinin avtobus zolağında hərəkət etməsi üçün nəqliyyat vasitəsinin yaşı on ildən çox olmamalıdır. Sözügedən dəyişiklik 2023-cü ilin iyunun 1-dən qüvvəyə minib və Tbilisidə qeyd olunan meyarlara cavab verən taksilərin sayı 3500-dür.