Kaxa Kaladze - Sülhü, Gürcüstanın maraqlarını, öz ailələrinin rifahını qorumaq üçün oktyabrın 26-da istisnasız olaraq hamı çıxmalıdır
Kaxa Kaladze - Sülhü, Gürcüstanın maraqlarını, öz ailələrinin rifahını qorumaq üçün oktyabrın 26-da istisnasız olaraq hamı çıxmalıdır

 
Acara Gürcüstanın dövlətçilik həyatının bütün sahələrində hər zaman fəal rol oynayıb və bu gün də belədir – bu haqda “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze Batumidə seçkiöncəsi tədbirdə çıxışı zamanı bildirib.

Kaxa Kaladze ölkənin bu gün üzləşdiyi çağırışlardan danışıb.

“Hazırda olduğumuz şəhər təkcə Gürcüstanda deyil, dünyada ən qədim şəhərlərindən biridir. Avropa ilə Asiyanı birləşdirən tarixi İpək Yolu üzərində yerləşən Batumi siyasət, mədəniyyət və iqtisadiyyatın mərkəzi olub və belə də qalır. Bu şəhər həm də müxtəlif dinlərə qarşı tolerantlığı ilə seçilir. Əsrlər boyu burada ortodoks kilsələrində, məscidlərdə, katolik kilsələrində, erməni-qriqorian kilsələrində, sinaqoqlarda dini mərasimlər keçirilir.

Bu rəngarənglik Acaranın gücü və zənginliyidir. Burada eyni ailədə müxtəlif dinlərə mənsub insanlar yaşayırlar. Məhz bu ailələr dövləti yaradırlar. Hamımızın bir vətəni var və ortaq and yerimiz Gürcüstandır. Beləliklə, bu ölkənin bu günü və gələcəyi üçün hamımız bərabər məsuliyyət daşıyırıq.

2012-ci ildə Bidzina İvanişvilinin ətrafında birləşən gürcü xalqının “Milli Hərəkat”ın qanlı rejimini hakimiyyətdən yola salanda Acara əhalisinin layiqli cavabını xatırlayırıq” – Kaxa Kaladze qeyd edib.

“Gürcü Arzusu”nun baş katibi Gürcüstan əhalisi inanılmaz miqyasda zorakılığa məruz qalarkən bir sıra Qərb siyasətçiləri tərəfindən “demokratiyanın mayakı” kimi qiymətləndirilən “Milli Hərəkat”ın iqtidarda olduğu dövrü yada salıb.

“Tamamilə zorakılığa əsaslanan və bütün fundamental insan hüquqlarını tapdalayan rejimin dırnaqarası Qərbli dostlar tərəfindən “Demokratiyanın mayakı” adlandırıldığını xatırlayırıq. Bu vaxt Gürcüstan əhalisinə qarşı çoxlu cinayətlər törədilirdi: gəncləri küçədə güllələyirdilər, həbsxanalar reket edilən və əmlakları müsadirə edilən iş adamları ilə dolu idi, mediaya basqınlar edilirdi, ifadə azadlığı, eləcə də seçim hüququ tamamilə müdafiəsiz idi. Bu, informasiyanın çatımlılığı probleminin olmadığı 21-ci əsrdə açıq, gizlənmədən, hamının gözü qarşısında baş verirdi.

Bütün bunları Qərbdə “Demokratiyanın mayakı” kimi qiymətləndirirdilər. Niyə ? Cavab sadədir – konkret xarici güclərə öz maraqlarını və siyasətini Gürcüstanın maraqları hesabına həyata keçirəcək hakimiyyət lazım idi və lazımdır.

“Milli Hərəkat”ın 2008-ci ildə öz ölkəsi qarşısında törətdiyi xəyanət və cinayət məhz bu cür siyasətin diktəsi idi. Avqust müharibəsi ilə Gürcüstanın aldığı o böyük zərbəni sözlə qiymətləndirmək mümkün deyil. Biz dinc insanları, qəhrəman əsgərlərimizi, kəndlərimizi, əcdadlarımızın məzarların itirdik, çoxlu ailə doğma yurd-yuvasında qaçqına çevrildi, nəsillər mühacirətdə doğulub böyüdü. Bütün bunlar çox ağırdır və Gürcüstanın işğaldan azad edilməsini və birləşməsini istəyiriksə, buna hüquqi qiymət verilməsi vacibdir. Ölkədə əmin-amanlıq olmasını, dövlətin yalnız bu ölkənin və onun əhalisinin maraqlarının qorunması ilə idarə olunmasını istəyiriksə, bunun üçün “Gürcü Arzusu”nun konstitusiya çoxluğunu əldə etməsi lazımdır. Sizin dəstəyiniz, maksimum səfərbərlik Gürcüstanın sabahı üçün çox vacibdir. Sülhü, Gürcüstanın maraqlarını, öz ailələrinin rifahını qorumaq üçün oktyabrın 26-da istisnasız olaraq hamı çıxmalıdır “- Kaxa Kaladze deyib.

Kaladze “Gürcü Arzusu”nun tərəfdarlarını mümkün qədər səfərbər olmağa çağırıb və seçkilərdə qələbə arzulayıb.