Kaxa Kaladze - strateji tərəfdaşlardan xahişimiz ictimaiyyəti məlumatlandırmaq üçün daha çox məlumat verməkdir
Kaxa Kaladze - strateji tərəfdaşlardan xahişimiz ictimaiyyəti məlumatlandırmaq üçün daha çox məlumat verməkdir

 
Söhbət strateji tərəfdaşlıqdan gedirsə, ölkəmizin əhalisi bu kimi məsələlərlə bağlı daha çox məlumata malik olmağa layiqdir -bu barədə paytaxt meri Kaxa Kaladze Otar Partsxaladzenin impiçmenti məsələsini şərh edərkən danışıb.

O bildirib ki, Gürcüstan tərəfi ABŞ Dövlət Departamentinin Gürcüstanın keçmiş baş prokuroruna qarşı tətbiq etdiyi sanksiyalarla bağlı əlavə məlumat istəyir.

“İlk dəfədir ki, Gürcüstan vətəndaşına bu cür sanksiya tətbiq olunur. Hakimlərlə bağlı baş verənlər yadımızdadır və onlara viza məhdudiyyəti qoyuldu. O vaxt və indi də bizim xahişimizdir ki, ictimaiyyəti məlumatlandırmaq üçün daha çox məlumat verilsin. Söhbət strateji tərəfdaşlıqdan gedirsə, ölkəmizin əhalisi bu cür məsələlərlə bağlı daha çox məlumata malik olmağa layiqdir”- deyə Tbilisi meri bildirib.