Kaxa Kaladze - son illər Gürcüstan iqtisadi inkişaf baxımından həqiqətən də qabaqcıldır, bunlar uydurma rəqəmlər deyil, bunu beynəlxalq təşkilatlar qiymətləndirirlər
Son illərdə, xüsusən də pandemiya başa çatdıqdan sonra, Gürcüstan iqtisadi inkişaf baxımından həqiqətən də qabaqcıldır. Bu ki, uydurma rəqəmlər deyil, bunu Dünya Bankı, beynəlxalq təşkilatlar qiymətləndirirlər, – bu barədə Tbilisi meri, Kaxa Kaladze bəyan etdi.
Jurnalistlər Kaxa Kaladzedən Gürcüstanın baş nazirinin BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışının, Gürcüstanın iqtisadi vəziyyətinə aid olan hissəsini dəyərləndirməyi xahiş etdilər.
“Bu statistika və məlumatlar hər kəs üçün əlçatarlıdır. Həmin məlumatları çıxarın və digər ölkələrlə müqayisə edin və görəcəksiniz ki, Gürcüstan həqiqətən iqtisadi cəhətdən inkişaf edir. Bunu etmək çox asandır. Mən çox sevinirəm ki, ölkəm iqtisadi cəhətdən inkişaf edir, irəliləyir, ölkədə əmin-amanlıq var, bu da iqtisadi inkişafa gətirib çıxarır. Bütün bunlar gələcəkdə insanların rifahında əks etdirməlidir”, – Kaladze bəyan etdi.