Kaxa Kaladze - son günlərdə mənfur siyasi bəyanatlar eşidirik, heç kimsənin Gürcüstanda Yeni il və Milad şənliklərini qaranlıq, bəd niyyətləri ilə məhv etməsinə imkan verməyəcəyik
Heç kimsənin Gürcüstanda və Tbilisidə Yeni il və Milad şənliklərini qaranlıq, bəd niyyətləri ilə məhv etməsinə imkan verməyəcəyik – bu barədə Tbilisi meri Kaxa Kaladze açıqlayıb.
Kaladze xüsusilə qeyd edilməli olan tarixlərin olduğunu və Yeni ilin məhz belə bir gün olduğunu bildirib.
“Hər kəsə xatırlatmaq istərdim ki, müəyyən tarixlər var ki, istəsək də, istəməsək də, xoşumuza gəlsə də, gəlməsə də, xüsusilə qeyd etmək lazımdır, çünki insanların həyatında ümid, sevinc və xoşbəxtlik hissi labüddür. Yeni il məhz belə günlərdəndir. Arzu edirəm ki, heç vaxt, dünyanın heç bir şəhərində insanlar onu layiqincə qeyd etmək arzusunu itirməsinlər. Bu gün dünya ciddi sınaqlarla üz-üzədir, bölgəmizdə də bu istiqamətdə ciddi problemləri var, lakin bütün bunlara baxmayaraq, hər yerdə insanlara Milad və Yeni ili qeyd etmək imkanı yaratmağa çalışırlar. Son bir neçə gündür burada müzakirəsinə başlamayacağım mənfur siyasi bəyanatlar eşitdiyimizi vurğulamaq istərdim və olduqca təəssüf doğurucudur. Bir şeyi deyə bilərəm ki, heç kimsənin Gürcüstanda və Tbilisidə Yeni il və Milad şənliklərini qaranlıq, bəd niyyətləri ilə məhv etməsinə imkan verməyəcəyik” –deyə Kaxa Kaladze açıqlayıb.