Kaxa Kaladze - Şindisi döyüşündə iştirak edən oğlanlar gürcü əsgərinin sınmaz ruhunu, düşmənlə barışmazlığını əfsanəyə çevirdilər və əbədi olaraq azadlıq mübarizəsinin simvolu olaraq qaldılar
Şindisi döyüşündə iştirak edən oğlanlar gürcü əsgərinin sınmaz ruhunu, düşmənlə barışmazlığını əfsanəyə çevirdilər və əbədi olaraq azadlıq mübarizəsinin simvolu olaraq qaldılar – bu barədə paytaxtın meri Kaxa Kaladze sosial şəbəkədə yazır.
“Şindisi, 11 avqust 2008-ci il – bu tarixin arxasında fədakar mübarizə tarixi, 17 gürcü qəhrəmanının rus işğalçılarına qarşı döyüşməsinin möhtəşəm hekayəsi və gələcək nəsillər üçün vətənin və azadlığın nə qədər qiymətli olduğunun nümunəsi dayanır.
Şindisi döyüşündə iştirak edən oğlanlar gürcü əsgərinin sınmaz ruhunu, düşmənlə barışmazlığını əfsanəyə çevirdilər və əbədi olaraq azadlıq mübarizəsinin simvolu olaraq qaldılar. Onların xatirəsi qarşısında baş əyirəm”- deyə Kaxa Kaladze sosial şəbəkədə yazıb.
Şindisi döyüşü 11 avqust 2008-ci ildə baş verib. Rusiya hərbi birləşmələri ilə qeyri-bərabər toqquşma zamanı 17 gürcü hərbçisi həlak olub: Aleksandre Oniani, Emzar Tsilosani, Vepxvia Cişkarani, Zviad Katsadze, Teymuraz Beridze, İliya Qabunia, İliya Şeklaşvili, İrakli Canelidze, Kaxa Koşadze, Levan Melkadzevali, Levan Barlia , Nikoloz Porçxidze, Roman Zoidze, Ruslan Tsuladze, Peliks Kakauridze və Şmaqi Kupatadze.