Kaxa Kaladze - sevinərdim, strateji partnyorumuz, ABŞ-ın imkanı olsun ki, Gürcüstan vətəndaşlarına viza rejimini götürsün və ya bu proses asanlaşdırılsın
Tbilisi meri Kaxa Kaladzenin dediyinə görə, Gürcüstanın strateji partnyor ölkəsi gürcülərə Amerikaya vizasız və ya asanlaşdırılımış proses vasitəsilə gəlmək imkanı versə, alqışlanası olardı.
Kaxa Kaladzenin mediyaya müvafiq suala cavab olaraq bəyan etdiyi kimi, statistikaya görə, qonşu ölkələrlə müqayisədə, Gürcüstanda ABŞ Səfirliyində verilən vizaların sayı azdır.
“Mən Gürcüstan vətəndaşlarının strateji partnyor ölkəmizlə vizasız gediş-gəlişinin mümkün olmasını alqışlayıram. Ola bilsin, bu, bugün çətin ediləsi olsun, lakin verilə vizaların sayı statistikasına baxsaq, Gürcüstan bu baxımından qonşu ölkələrdən geridə qalır. sevinərdim, strateji partnyorumuz, ABŞ-ın imkanı olsun ki, Gürcüstan vətəndaşlarına viza rejimini götürsün və ya bu proses daha da asanlaşdırılsın”, – Kaladze qeyd etdi.