Kaxa Kaladze Samtrediada yaşayan Amiran Chapodzenin ailəsinə ev verib
Tbilisinin meri Kaxa Kaladze ənənəvi olaraq doğma şəhərini Milad bayramı və Yeni ilin gəlişi münasibətilə bayram konserti ilə təbrik edib. Məlumatı Tbilisi meriyası yayır.
Verilən məlumatda Kaxa Kaladzenin Samtredia şəhərində, Mşvidoba küçəsində yerləşən evi konsertdə olan Chapodze ailəsinə hədiyyə etdiyi deyilir. Ailənin 20 il boyunca evi olmayıb.
“Bu sevinci necə ifadə edəcəyimi bilmirəm, ailəmə əsl Yeni il gəldi. Evi 20 il əvvəl müalicə üçün satdıq. Evsiz-eşiksiz qalmaq bizim üçün çox çətin idi, gah bir yerə , gah da başqa bir yerə sığınırdıq. Bizə bu qədər xoşbəxtlik bəxş etdiyi üçün Kaxiyə təşəkkür edirəm” – deyə Amiran Chapodze bildirib.
Yeni il konserti Samtredianın mərkəzi meydanında keçirilib və burada yerli sakinlər qarşısında “Gecə şousu qrupu”, gürcü hip-hop artisti Master, müğənni Sopo Bedia və digər ifaçılar çıxış ediblər.