Kaxa Kaladze - sakrebuloya getməyə mən qərar verəcəyəm, lazım olanda gedəcəyəm, vaxt və zərurət yarananda bütün suallara cavab verəcəyəm
Kaxa Kaladze - sakrebuloya getməyə mən qərar verəcəyəm, lazım olanda gedəcəyəm, vaxt və zərurət yarananda bütün suallara cavab verəcəyəm

 

Sakrebuloya getməyə mən qərar verəcəyəm, lazım olanda gedəcəyəm, vaxt və zərurət yarananda bütün suallara cavab verəcəyəm-deyə Tbilisi meri Kaxa Kaladze açıqlayıb.

Paytaxt meri sakrebulonun müxalif deputatlarının Vake parkında baş vermiş insidentlə bağlı sakrebulonun növbədənkənar sessiyasında Kaxa Kaladzenin iştirak etməsi ilə bağlı müraciətinə münasibət bildirib.

“Kaxa Kaladze heç vaxt müxalifətlə əməkdaşlıqdan geri çəkilməyib, heç vaxt. Sakrebulonun yeni seçildiyi vaxtı götürək, ordaykən dərhal əməkdaşlığa hazır olduğumu bildirdim, lakin əməkdaşlıq birtərəfli ola bilməz. Müvafiq olaraq onların münasibətini, açıqlamaları, təhqirləri, böhtanlarını xatırlayırıq. İnsanın düşünə biləcəyi ən çirkab şeyləri belə düşünürlər. Sakrebuloya getməyə gəlincə, mən qərar verəcəyəm, lazım olanda gedəcəyəm, vaxt və zərurət yarananda bütün suallara cavab verəcəyəm.

İstintaqa gəlincə, bu, davam edir. Əlavə yeni hallar yaranarsa, inanın ki, bundan sonra müvafiq cavab veriləcək. İlk növbədə ictimaiyyətin həqiqəti anlaması və əslində nə baş verdiyini, problemin nədən ibarət olduğunu anlaması bizim marağımızdır.

Mən sadəcə səhv başa düşülməsini istəmirəm, çünki istintaq davam edir və bəyanatlarımla istintaqa mane olmaq istəmirəm” -deyə Kaladze bildirib.