Kaxa Kaladze - sakrebulo adi qaydada işləməyə davam edir, heç bir şər qüvvə şəhərin yenidən qurulmasını, iqtisadi tərəqqini və inkişafı dayandıra bilməz
Kaxa Kaladze - sakrebulo adi qaydada işləməyə davam edir, heç bir şər qüvvə şəhərin yenidən qurulmasını, iqtisadi tərəqqini və inkişafı dayandıra bilməz

 

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, sakrebulo adi qaydada işləməyə davam edir, heç bir şər qüvvə şəhərin yenidən qurulmasını, iqtisadi tərəqqini və inkişafı dayandıra bilməz.

Kaxa Kaladze “Lelo” partiyasının bəyanatına münasibət bildirib.

“Bu, onların qərar verəcəyi bir məsələdir, sakrebulo adi qaydada işləməyə davam edir, onlarsız biz qərarlar qəbul edirik, şəhərimizi inkişaf etdiririk, infrastruktur inkişaf edir, konkret layihələr həyata keçirilir. Heç bir şər qüvvə şəhərin yenidən qurulmasını, iqtisadi tərəqqini və inkişafı dayandıra bilməz” – deyə Kaxa Kaladze bildirib.

“Lelo” partiyası , “Gürcü Arzusu”nun iyulun 3-dək geniş ictimai məsləhətləşmələrdə iştirakdan imtina edəcəyi təqdirdə, parlament və sakrebulolarda fəaliyyətini adi qaydada davam etdirə bilməyəcəyinə dair bəyanat yayıb.