Kaxa Kaladze - Saakaşvilinin həbsdə olması ölkənin nüfuzuna xələl gətirmir, bu onu göstərir ki, heç kimin əhali ilə onun kimi davranmağa haqqı yoxdur
Saakaşvili və komandasının hakimiyyətdə olarkən etdiyi əməllər ölkənin nüfuzuna xələl gətirir-Tbilisi meri Kaxa Kaladze mediaya Salome Zurabişvilinin Mixeil Saakaşvilinin işi ilə bağlı açıqlamalarına belə cavab verib.
Paytaxt merinin sözlərinə görə, qanun qarşısında hamı bərabərdir və törədilən cinayətə görə hər kəs cavab verməlidir.
“Saakaşvili və komandasının hakimiyyətdə olarkən etdiyi hərəkətlər ölkənin nüfuzuna xələl gətirir. Əhaliyə bədbəxtlik gətirən əvvəlki idarəçilik demokratiya adı altında pərdələnmiş, insanları buna inandırmışdılar. Bu insan cinayət törədib, kim olmasından asılı olmayaraq, hamımız qanun qarşısında bərabərik. Bu, ölkənin nüfuzuna xələl gətirmir, əksinə. Bu onu göstərir ki, heç kimin ölkə əhalisinə Saakaşvili və komandasının illər boyunca davrandığı kimi davranmağa haqqı yoxdur” – deyə Kaxa Kaladze açıqlayıb.