Kaxa Kaladze - Rusiyanın müxtəlif şəhərlərində çoxlu soydaşımız yaşayır və əgər birbaşa uçuşlarla bağlı Rusiya tərəfinin qərarı olarsa, mən bunda pis heç nə görmürəm
Kaxa Kaladze - Rusiyanın müxtəlif şəhərlərində çoxlu soydaşımız yaşayır və əgər birbaşa uçuşlarla bağlı Rusiya tərəfinin qərarı olarsa, mən bunda pis heç nə görmürəm

 
Rusiyanın müxtəlif şəhərlərində çoxlu soydaşımız , səhv etmirəmsə, bir milyona qədər gürcü yaşayır və əgər birbaşa uçuşlarla bağlı Rusiya tərəfinin qərarı olarsa, mən bunda pis heç nə görmürəm-bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlayıb.

O, Rusiyadan Gürcüstana birbaşa uçuşların olmadığını, lakin Rusiya vətəndaşlarının Gürcüstana adi qaydada daxil olduqlarını bildirib.

“Bundan başqa, Rusiyanın müxtəlif şəhərlərində çoxlu həmvətənlərimiz yaşayır, səhv etmirəmsə, bir milyona yaxın gürcü var və əgər Rusiya birbaşa uçuşlar barədə qərar qəbul edirsə, mən bunda pis heç nə görmürəm. Rusiyada, Ukraynada baş verənləri bəyənməyən insanların Gürcüstana gəlməsində problem nədir? Nə isə, onlar onsuz da gəlirlər. Ən əsası və önəmlisi odur ki, Rusiyanın müxtəlif şəhərlərində bir milyona qədər soydaşımız yaşayır. Rusiyanın qərarı ilə uçuşlar dayandırılıb. Əgər qərar qəbul edərlərsə, bu onların ixtiyarındadır” – deyə Kaxa Kaladze açıqlayıb.