Kaxa Kaladze Rusiya ilə uçuşların bərpası haqqında - Gürcüstan Avropa İttifaqına üzv olanda biz ümumi Avropa maraqlarına xidmət edən qərarlar qəbul edəcəyik
Kaxa Kaladze Rusiya ilə uçuşların bərpası haqqında - Gürcüstan Avropa İttifaqına üzv olanda biz ümumi Avropa maraqlarına xidmət edən qərarlar qəbul edəcəyik

 
Paytaxtın meri Kaxa Kaladze Gürcüstanın sanksiyalara qoşulmadığını, Rusiya ilə hava hərəkətinin məqsədəuyğunluluğunun isə Gürcüstan Avropa İttifaqına üzv olduqdan sonra gündəmdə olacağını bildirib.

O, qeyd edib : “Gürcüstan Avropa İttifaqına üzv olanda biz ümumi Avropa maraqlarına xidmət edən qərarlar qəbul edəcəyik”.

“Gürcüstan hələlik Avropa İttifaqının üzvü deyil. Biz Avropaya can atan və Avropaya inteqrasiya arzusu olan müstəqil, suveren ölkəyik. Statusumuz olanda, Aİ-yə üzv ölkə olanda, təbii ki, ümumi maraqlara xidmət edən qərarlar qəbul edəcəyik”- deyə Kaxa Kaladze açıqlayıb.