Kaxa Kaladze - "Rus qanunu" ilə bağlı aksiyaları, kampaniyanı xatırlayırıq, bu, hakimiyyəti dəyişmək məqsədi daşıyırdı, amma xalq hər şeyi çox gözəl təhlil etdi
Kaxa Kaladze - "Rus qanunu" ilə bağlı aksiyaları, kampaniyanı xatırlayırıq, bu, hakimiyyəti dəyişmək məqsədi daşıyırdı, amma xalq hər şeyi çox gözəl təhlil etdi

Mən bir daha cəmiyyəti, bütün Gürcüstanı namizəd statusu münasibətilə təbrik etmək istərdim ki, onu əldə etmək üçün çox mübarizə aparmalı olduq. Bununla belə, mübarizə həmişə nəticə verir – bu barədə “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

“Gürcüstan həqiqətən statusa layiq idi. Bunadək, Ukrayna və Moldovaya verilməsi ədalətsiz rəftar idi. Çünki, bütün parametrlərə və statistikaya görə, hansısa uğurdan danışırıqsa, Gürcüstan bu ölkələrlə müqayisədə bütün komponentlər üzrə irəlidə idi. Sonda hər şey üzə çıxdı və ictimaiyyət bunun əsas səbəbinin və məqsədinin nə olduğunu gördü. Bu ədalətsiz qərardan nə üçün istifadə edəcəklərini əvvəldən bilirdik. Aksiyaları, “Rus qanunu” ilə bağlı kampaniyanı xatırlayırıq, bu, hakimiyyəti dəyişmək məqsədi daşıyırdı, amma xalq bunu çox yaxşı təhlil etdi və hər şeyi gördü”- Kaladze “İmedi LIVE” verilişində deyib.