Kaxa Kaladze Roma metropoliteninin tikilməkdə olan -Porta Metronia stansiyasında olubKaxa Kaladze Roma metropoliteninin tikilməkdə olan -Porta Metronia stansiyasında olub
Kaxa Kaladze Roma metropoliteninin tikilməkdə olan -Porta Metronia stansiyasında olubKaxa Kaladze Roma metropoliteninin tikilməkdə olan -Porta Metronia stansiyasında olub

 

Romada işgüzar səfərdə olan Tbilisi şəhərinin meri Kaxa Kaladze bu gün Roma Munisipalitetinin ən mühüm infrastruktur layihələrindən birinin təfərrüatları və cari işlərin xüsusiyyətləri ilə tanış olduğu Roma metropoliteninin üçüncü xəttinin tikilməkdə olan- Porta Metronia stansiyasında olub. Məlumatı Tbilisi meriyası yayır.

“Roma Metropoliteninin üçüncü, dırnaq arası yaşıl xətti şəhəri şimal-qərbdən cənub-şərqə doğru kəsir və özünəməxsus xüsusiyyətlərə malikdir, çünki onun marşrutu Romanın tarixi və mədəni dəyərləri ilə seçilən ərazidən keçir.

Tikilməkdə olan Porta Metronia, mövcud San Giovanni ilə birlikdə, dırnaq arası arxeoloji stansiyaların ilk nümunəsidir, burada qazıntılar nəticəsində aşkar edilmiş artefaktlar təqdim olunacaq, vətəndaşlar metro ilə səyahət edərkən keçmişə səyahət etmək imkanı qazanacaqlar. Roma metropoliteninin üçüncü xəttinin tikintisinə 2006-cı ildə başlanılıb və daha bir neçə il davam edəcək. Layihə 25,5 km üçün nəzərdə tutulub və onun dəyəri 3 milyard 28 milyon avro təşkil edir” -deyə yayılmış məlumatda deyilir.

Kaxa Kaladze ilə birlikdə Roma şəhərinin tikilməkdə olan metro stansiyasını merin müavini Andria Basilaia və Gürcüstanın İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Konstantin Surquladze ziyarət ediblər.