Kaxa Kaladze - rəqiblərimizdən yaxşı heç nə gözləmirik, onlar statusu almamağımız üçün hər şeyi edirlər, fikrimcə Aİ-nin qərarı müsbət olacaq
Rəqiblərimizdən yaxşı heç nə gözləmirik, onlar statusu almamağımız üçün hər şeyi edir, cəhdlər göstərirlər- bu barədə paytaxt meri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, Gürcüstan statusu almaq üçün hər şeyi edib. Kaladzenin də dediyi kimi, məhz buna görə onların müsbət gözləntiləri var.
“Gözləntilərə gəlincə, fikrimcə Gürcüstan ölkənin bu statusu alması üçün əsasən də son illər ərzində hər şeyi edib. Əgər bzimlə bağlı statusun verilməməsi qərarı çıxarılarsa belə, biz yenə də Avropa, Avropa İttifaqı adlanan böyük ailəyə daxil olmaq üçün Avropaya inteqrasiya yolumuzu davam etdirəcəyik. Lakin, qərarın müsbət olacağını düşünürəm” –deyə Kaxa Kaladze bildirib.
Komandanızın üzvlərinin bəyanatlarının Avrointeqrasiya yolunda zərərli olduğunu düşünürsünüz mü deyə ünvanlanan suala Kaladze cavabında belə deyib : “Təhqiredici bəyanatlar eşidərkən, birbaşa gürcü xalqına qarşı təhqiramiz qətnamə qəbul edilərkən, əlbətdə bizim tərəfimizdən həmişə müvafiq cavab veriləcək”.
Daha bir suala: “İrakli Kobaxidze deyir ki, Komissiya və Şura Avropa Parlamentinin qətnaməsində yazılanları təkrarlasa, çox ciddi reaksiya olacaq, bu ciddi reaksiya nə deməkdir? Kaladze bildirib ki, hər şeyin üzərindən pərdə qalxacaq və real olaraq baş verən hər şeyi deyəcəklər.
“Bununla əlaqədar açıqlamalar verilib. Hər şeyin üzərindən pərdə qalxacaq və real olaraq baş verən hər şeyi deyəcəyik”-deyə Kaladze bildirib.