Kaxa Kaladze - prezidentin impiçmenti ilə bağlı kimin nə qərar verəcəyi müxalifətin öz işidir, amma mən heç nəyi istisna etmirəm
Prezidentin impiçmenti ilə bağlı kimin nə qərar verəcəyi müxalif deputatların ixtiyarındadır, baxmayaraq ki, mən heç nəyi istisna etmirəm- paytaxt meri Kaxa Kaladze bildirib.
Kaladzedən müxalif deputatlar arasında prezidentin impiçmentini dəstəkləyə biləcək şəxslərin olub-olmadığını soruşublar.
Bundan başqa, Kaxa Kaladzenin fikrincə, yüksək rütbəli məmurun konstitusiyanı pozması çox pis haldır.
“Biz ilk növbədə konstitusiyaya, qanuna, ölkəyə, xalqa hörmət edən siyasətçilər, yüksək vəzifəli şəxslər olmalıyıq. Hətta xaricilərin gözündə yüksək məmurun, ölkə prezidentinin konstitusiyanı pozması çox pis görünür. Bu, çox ciddi, pis, zərərlidir”- deyə Kaxa Kaladze bildirib.