Kaxa Kaladze - prezident konstitusiyanı pozur, müxalifət bunu təşviq edir, müxalifət nümayəndələri ölkənin status almaması üçün Avropada kabinetlərdə dolaşırlar
Müxalifət pis olan, ölkənin mənafeyinə zidd və ölkəmizin gələcəyinə zərərli olan hər şeyi təşviq etmək üçün əlindən gələni edir, zorakılığı təşviq edir-bu barədə paytaxtın meri Kaxa Kaladze danışıb.
O bildirib ki, polislər döyüləndə, “Molotov kokteyli” atılanda müxalifət hər şeyi təşviq edirdi və bunu qəhrəmanlıq hesab edirdi.
“Bütün bunlar ölkəyə və hakimiyyətə qarşı məqsədli şəkildə aparılır. Prezidentin konstitusiyanı pozması, yanlış addımlar atması, şübhəsiz ki, müxalifət tərəfindən təşviq edilir. Müxalifət nümayəndələri Avropada gəzirlər. Ölkənin status almaması üçün kabinetlərdə gəzirlər”-deyə Kaladze bildirib.