Kaxa Kaladze - prezident konstitusiyanı qoruyanlardan birincisi olmalıdır, lakin onu ilk pozanlardandır, xaricdən dırnaq arası dostlarımız onu buna təşviq edir
Tbilisi meri Kaxa Kaladze Gürcüstan Prezidenti Salome Zurabişvilinin hərəkətlərinin onun üçün qəbuledilməz olduğunu bildirib.
Kaladze bildirib ki, prezident konstitusiyanı qoruyanlardan birincisi olmalıdır, lakin onu ilk pozanlardandır, Zurabişviliyə xaricdən kömək göstərilir.
“Bu gün biz azad dünyada yaşayırıq və hər bir insanın müxtəlif məsələlərlə bağlı öz fikrini bildirmək imkanı var. Təbii ki, prezidentin hərəkətlərini qınayıram və mənim üçün qəbuledilməzdir. Mən Gürcüstan vətəndaşıyam, bu ölkədə doğulub boya-başa çatmışam və prezident konstitusiyanı qoruyanlardan birincisi olmalıdır, lakin onu ilk pozanlardandır, xaricdən dırnaq arası dostlarımız onu buna təşviq edir və sövq edirlər. Bu qınanılasıdır və böyük bədbəxtçilikdir”- Kaxa Kaladze bildirib.