Kaxa Kaladze - Premiyaların verilməsi barədə qərarı şəxsən mən verəcəm
Tbilisi merinin bəyanatına görə, onun müavinlərinin və xidmət rəhbərlərinin maaşlarının artması barədə məlumat yalandır və belə bir şey olmayıb.
Bu barədə bəyanatı Kaxa Kaladze bugünki mətbuat konfransında verdi.
Onun dediyinə görə, maaş və premiya artıq birləşir.
“Əvvəllər maaş ayrı, premiya ayrı verilirdi, indi isə, maaş və premiya birləşdirilir və bu qanun çərçivəsində baş verir. Premiyaların yazılması haqqında qərarı şəxsən mən verirəm. Bu sadəcə olaraq, motivasiya yollarından biridir və bu normaldır. Bütün inkişaf etmiş ölkələrdə də sistem belədir” – dedi Kaxa Kaladze.