Kaxa Kaladze - Praqada baş vermiş hücum nəticəsində həlak olan mülki vətəndaşlara görə Çex xalqına və Çexiya hökumətinə başsağlığı verirəm, Gürcüstan bu ağır məqamda sizin yanınızdadır
Tbilisi meri Kaxa Kaladze Praqada universitetdə baş vermiş hücuma görə məyus olduğunu bildirir və çex xalqına başsağlığı verir.
“Praqada Karl Universitetinə hücumda həlak olan mülki şəxslərə görə Çex xalqına və Çexiya hökumətinə başsağlığı verirəm! Bütün dünya bu dəhşətli faciədən sarsıldı. Bu ağır məqamda Gürcüstan sizin yanınızdadır!” – Kaxa Kaladze “Twitter”də yazır.
Praqanın mərkəzində yerləşən Karl Universitetində silahlı şəxs atəş açıb. Son məlumata görə, atışma nəticəsində 15 nəfər həlak olub. İan Palax meydanında yerləşən universitet binasından insanlar təxliyə edilib, meydan və ətraf küçələr bağlanıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir.