Kaxa Kaladze - paytaxt meriyasının bütün müvafiq xidmətləri imkan daxilində təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunmağa hazırdır
Kaxa Kaladze - paytaxt meriyasının bütün müvafiq xidmətləri imkan daxilində təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunmağa hazırdır

Gözəl təbiət, həyat, məhəbbətlə bağlı olan Şovi bədbəxtlik yerinə çevrildi, bu fəlakətin adı yoxdur”, – deyə paytaxtın meri Kaxa Kaladze bildirib.

Kaxa Kaladzenin qeyd etdiyi kimi, təbii fəlakət bölgəsində vəziyyət çox ağırdır.

“Mən Racada baş verən faciə və bəlaya bir daha münasibət bildirmək istəyirəm. Bu təbii fəlakət insanların ölümünə səbəb olub. Gözəl təbiət, həyat, sevgi ilə bağlı olan Şovi bədbəxtlik yerinə çevrildi. Bu fəlakətin adı yoxdur. Çox ciddi bir vəziyyətdir. Mən bir daha həlak olanların ailə üzvlərinə, yaxınlarına və bütün Gürcüstana başsağlığı vermək istəyirəm. Həmçinin, Raca xalqına başsağlığı vermək istəyirəm. Bölgədə vəziyyət həqiqətən də olduqca pisdir.

Dünəndən etibarən Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Edilməsi Xidməti müvafiq tədbirlərə tam cəlb olunub. Bu gün baş nazirin tapşırığına əsasən, əsgərlərimiz də prosesə cəlb olunacaq ki, biz vətəndaşları xilas edək, xilasetmə işlərini davam etdirək. Burada mən hazır olduğumuzu, dəstəyimizi, əməkdaşlığa hazır olduğumuzu bildirmək istərdim. O cümlədən, paytaxt meriyasının bütün müvafiq xidmətləri, təbii ki, ehtiyac olarsa, öz imkanlarımız daxilində qeyd olunan tədbirlərdə iştirak etməyə hazırdır.  Gəlin onların xilası üçün hamımız dua edək”, – deyə Kaxa Kaladze bildirib.