Kaxa Kaladze paytaxt meriyası tərəfindən əvəzlənəcək ilk qəzalı vəziyyətdə olan binanın Varketelinin 3-cü massivində yerləşdiyini bildirib
Qəzalı vəziyyətdə olan evlərin əvəzlənməsi proqramı çərçivəsində, əvəzlənəcək ilk qəzalı vəziyyətdə olan bina Varketilinin üçüncü massivində yerləşir- bu barədə Tbilisi meri Kaxa Kaladze Munisipalitet Hökumətinin bugünkü iclasında bildirib.
Kaladze bəhsi keçən layihənin pilot layihə olduğunu və bazar araşdırmasının artıq elan edildiyini bildirib.
“Samqori rayonunda, Varketilinin 3-cü massivində 5 mərtəbəli yüksək kateqoriyalı qəzalı vəziyyətdə olan bina var, sakinləri artıq oradan çıxarırıq, bir hissəsi isə kirayəyə çıxarılıb . Munisipalitet bu binanı sökərək yerinə yenisini tikməyə başlayacaq. Bununla əlaqədar detallı xərclər və layihə tərtib edilib, ekspertiza aparılıb və bazarın tədqiqatı elan edilib”- deyə Kaxa Kaladze bildirib.
Tbilisi merinin sözlərinə görə, vitse-mer İrakli Xmaladze tikinti şirkətlərinin nümayəndələri ilə görüşüb və onlara layihə haqqında ətraflı məlumat verib.
“İndiyədək analoji layihə həyata keçirilməyib. Müvafiq olaraq, bu ilk pilot layihənin uğurla həyata keçirilməsi üçün munisipalitet və özəl sektorun – tikinti şirkətlərinin əməkdaşlığı çox vacibdir. Tikinti sektorunu aktiv olmağa çağırmaq istəyirəm. Ehtiyac varsa, İrakli Xmaladze hələ də tikinti şirkətləri ilə görüşlər keçirməyə hazırdır” – deyə Kaxa Kaladze bildirib.
Kaladzenin sözlərinə görə, qeyd olunan proqramın tam həyata keçirilməsində yerli əhalinin iştirakı vacibdir.
“Qəzalı vəziyyətdə olan binalarda yaşayan insanlar tərəfindən daha çox aktivliyə ehtiyac var. Çox vaxt onların səhv tələbləri olur. Bəzi insanlar daha çox sahə istəyir. Bu vəziyyətə görə layihə növbəti mərhələyə keçə bilmir, lakin vətəndaşların əksəriyyəti çox həvəslidir və biz onlarla yaxşı əməkdaşlıq edirik. Munisipalitet daha 12 qəzalı binanın əvəzlənməsi layihəsi üzərində işləyir. Ümid edirəm ki, sözügedən layihənin bazar araşdırması uğurla başa çatacaq və yaxın bir neçə gün ərzində tender prosedurları həyata keçiriləcək”- deyə Kaxa Kaladze bildirib.