Bidzina İvanişvilinin partiya sədri olaraq, siyasətə qayıtmasına çox sevinirəm, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze verdi.
Kaxa Kaladzenin dediyinə görə, İvanişvilinin siyasətə qayıtması haqqında söhbət çoxdan gedirdi.
“Baş nazir ona dəfələrlə siyasətə qayıtmağı təklif edirdi. Düşünürəm ki, bu çox yaxşı qərardır və demokratik instituların daha çox inkişafını təmin edəcək” – dedi Kaladze.
Bugün “Gürcü Arzusu”-nun ofisində keçirilən görüşdən sonra, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bəyan etdi ki, partiyaya Bidzina İvanişvili sədrlik edəcək.
Giorgi Kvirikaşvilinin dediyinə görə, o Bidzina İvanişviliyə partiya sədrliyini özü şəxsən təklif etdi.