Kaxa Kaladze - Öyünə bilərəm ki, Tbilisidə Avropanın ən yaxşı ictimai nəqliyyat vasitələri olacaq
Kaxa Kaladze - Öyünə bilərəm ki, Tbilisidə Avropanın ən yaxşı ictimai nəqliyyat vasitələri olacaq

Paytaxt hökümətinin bu günki iclasında Tbilisinin meri Kaxa Kaladze yenə bir dəfə ictimai nəqliyyat vasitələrinin islahatı haqqında danışdı və mikroavtobusların əvəz edilməsi zərurətini vurğuladı.

Kaxa Kaladzenin sözlərinə əsasən, bu gün işləyən mikroavtobuslar çox pis vəziyyətdədirlər və yolçulara ciddi diskomfort yaradırlar.

“Havanın kirlənməsi ilə bağlı mövcud olan problemin həlli üçün əlimizdən gələni edirik. Təbii ki, bu problem sadəcə ictimai nəqliyyatın yeniləşdirilməsi ilə həll olunmur, ancaq, bu da önəmli bir komponentdir” – dedi Kaladze.

“Biz ictimaiyyətə söz verdik ki, ictimai nəqliyyat vasitələrini səhmana salacağıq.

Öyünə bilərəm ki, islahat başa çatdıqdan sonra, Tbilisinin bütün Avropada ən yaxşı ictimai nəqliyyat vasitələri olacaq. Taksi islahatı baş tutdu və ictimaiyyət bunu görür. İslahat davam edir və növbəti mərhələyə keçirik.

Daha sonra, ən çox yolçu daşıyan metroları da səhmana salacağıq” – dedi Kaxa Kaladze.