Kaxa Kaladze - Optimizasiya və bürokratik xərclərin azaldılması meriyada qaçınılmazdır
“Meriyada optimizasiyanın keçirilməsi və bürokratiya xərclərinin azaldılması qaçınılmazdır, ancaq bu öz qaydası ilə, qanuna müvafiq şəkildə həyata keçiriləcək. Mən qanuna tabe olan bir insanam və hər addımımı, ancaq qanuna müvafiq şəkildə qoyuram” – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze, meriyada həyata keçirilən reorqanizasiya ilə bağlı suallara cavab olaraq verdi.
“Mən bir vaxtlar “Milli Hərəkat” partiyasının etdiyi kimi, insanları heç fikirlərini və bacarıqlarını sormadan işdən çıxarda bilmərəm. Keyfiyyətli şəkildə çalışan bütün professiyonal insanlara bizimlə çalışmaq şansını verəcəyik”. – dedi Kaladze.
“Seçki qabağı verdiyim vədləri yerinə yetirmək üçün mənə yardım edən insanlara ehtiyacım var. Hələlik kimsəyi işdən azad etməmişik. Səbəbsiz yerə bunu etməyə qanun izin verməz. Sadəcə olaraq, lazımlı hesab etdiyim yeni işçiləri qəbul etdim işə. Üç aydan sonra reorqanizasiyamızın nəticələri özünü göstərəcək” – dedi Kaladze.