Kaxa Kaladze - önəmlidir, hər bir insan beynəlxalq platformadan onun üçün istifadə etsin ki, Gürcüstan namizəd statusunu alsın
Kaxa Kaladze - önəmlidir, hər bir insan beynəlxalq platformadan onun üçün istifadə etsin ki, Gürcüstan namizəd statusunu alsın

Tbilisi meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, önəmlidir, hər bir insan beynəlxalq platformadan onun üçün istifadə etsin ki, Gürcüstan namizəd statusunu alsın.

Kaladzenin dediyinə görə, Gürcüstan bu statusu alan ölkələri bütün istiqamətlərdə ötür.

“Mənim üçün, bö ölkənin vətəndaşı kimi, önəmlidir, hər bir insan müxtəlif formalarda təqdim olunan beynəlxalq platformadan istifadə etsin. Baş nazir gəzir və bəyanatlar verir, Avropa gələcəyimizdən danışır. Hamımız beynəlxalq platformadan onun üçün istifadə etməliyik ki, Gürcüstan namizəd statusunu alsın. Səmimi olaraq deyirəm, əgər kimsə namizəd statusunun alınmasına layiq idisə, bu, bizim ölkə idi, çünki, Gürcüstan bu statusu alan ölkələri bütün istiqamətlərdə ötür. 12 bəndlik planı tədbiq etdilərmi? Bəli, yerinə yetiririk”, – Kaxa Kaladze Avropa Parlamentində Gürcüstan prezidenti, Salome Zurabişvilinin nitqlə çıxışını dəyərləndirərkən bəyan etdi.