Kaxa Kaladze - ölkənin təhlükəsizliyi və vətəndaşlarımızın əmin-amanlığı xüsusi əməliyyatda iştirak edən hüquqmühafizəçilərin peşəkarlığı üzərində durur
Kaxa Kaladze - ölkənin təhlükəsizliyi və vətəndaşlarımızın əmin-amanlığı xüsusi əməliyyatda iştirak edən hüquqmühafizəçilərin peşəkarlığı üzərində durur

Ölkənin təhlükəsizliyi, asayişin qorunması və vətəndaşların əmin-amanlığı xüsusi əməliyyatda iştirak edən hər bir hüquqmühafizəçinin peşəkarlığından asılıdır, – bu barədə Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında bəyan etdi və Kutaisidə “Gürcüstan Bankının” filiallarından birinə hücum faktına əks səda verdi.

Paytaxt meri xüsusi əməliyyatın uğurla həyata keçirilməsinə görə Daxili İşlər nazirinə və hüquqmühafizəçilərə minnətdarlığını bildirdi.

“Dünən bütün Gürcüstan Kutaisidəki prosesləri həyacanla izləyirdi. Bu çox ağır gün idi, hansı da xoşbəxtlikdən yaxşı başa çatdı. Xüsusi əməliyyatın uğurla həyata keçirilməsində hüquq-mühafizə orqanları əməkdaşlarımızın əməyi böyükdür. Peşəkarlıqla aparılan xüsusi əməliyyat bütün girovların ailələrinə qaytarılması və soyğunçunun yaxalanması ilə nəticələndi. Daxili İşlər naziri,Vaxtanq Qomelauriyə və xüusi əməliyyatda iştirak edənlərə minnətdarlğımı bildirmək istəyirəm”, – Kaladze bəyan etdi.