Kaxa Kaladze - ölkənin İrakli Ğaribaşvili timsalında layiqli baş naziri var
2025-ci ilə qədər şəhərimə və Tbilisi sakinlərinə xidmət edəcəyəm – deyə paytaxtın meri Kaxa Kaladze açıqlayıb.
Kaladzeyə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin baş nazir postuna Kaxa Kaladzenin namizədliyinə baxılmasına dair bugünkü bəyanatı ilə bağlı sual ünvanlanıb.
Kaladzenin qeyd etdiyi kimi, paytaxtda cari bir çox islahatlar və layihələr başa çatdırılmalıdır.
“Ölkənin İrakli Ğaribaşvili timsalında layiqli baş naziri var. Gələcəyimə gəlincə, mən Tbilisi əhalisinin əksəriyyəti tərəfindən seçilmişəm və 2025-ci ilə qədər şəhərimə və Tbilisi sakinlərinə xidmət edəcəyəm. Paytaxtın meri olmaq böyük məsuliyyətdir. Biz bir çox mühüm islahatlara və layihələrə başlamışıq, onları sona çatdırmaq lazımdır” – deyə Kaxa Kaladze açıqlayıb.