Kaxa Kaladze - Ölkənin enerji müstəqilliyinə qarşı çıxan hər kəs, demək olar ki, vətəninin düşmanıdır
Pankisidə baş verənlər qətiyyən qeyri-məqbuldur və əminəm ki, buna qanunla müvafiq cavab veriləcək, – bu barədə bəyanatı Paytaxtın meri Kaxa Kaladze jurnalistlərə verdi.
Kaxa Kaladze qeyd etdi ki, HES-lərə qarşı məqsədyönlü propaqanda aparılr.
“Beş il ərzində, Eneregetika Naziri olduğum müddətdə Gürcüstanda həyata keçirildiyi qədər layihələr, heç vaxt həyata keçirilməmişdir. Çox təəssüflənirəm ki, bu istiqamətdə daha güclü layihələrin həyata keçirilməsinə maneələr yaradılır. Ölkəmiz inkişaf edən bir ölkədir və elektrik enejiyə tələbat ildən ilə artır. Ölkəmizin elektrik enerji müstəqilliyinə qarşı çıxan hər kəs demək olar ki, vətəninin düşmanıdır” – dedi Kaxa Kaladze.
Onun dediyinə görə, Pankisidə baş verənlər qətiyyən qeyri-məqbuldur və qanun qarşısında hərkəsdən cavab tələb olunacaq.