Kaxa Kaladze - ölkəmizin maraqları dəyişməzdir və biz onu qorumaq üçün hər şeyi edəcəyik
Kaxa Kaladze - ölkəmizin maraqları dəyişməzdir və biz onu qorumaq üçün hər şeyi edəcəyik

 

Paytaxtın meri Kaxa Kaladze Rusiya ilə viza rejiminin tətbiqinə ehtiyac olmadığını deyib. Kaladze indi bunu tələb edən müxalifətin vaxtilə rusiyalı turistlərin ölkəyə gəlişini məmnunluqla qarşıladığını bildirib.

“Fikrimcə, heç bir viza rejiminin tətbiqinə ehtiyac yoxdur. Bu halda Mşvildadzenin, Xoştarianın, Saakaşvilinin sözlərini təkrarlayacağam, “Gürcüstana mümkün qədər çox turist gəlsin, biz bunu məmnunluqla qarşılayırıq”. Sanksiya tətbiq olunmayan biznes şirkətlər gəlib, heç bir problem yoxdur. Dəyişməyən bir şey ölkəmizin maraqlarıdır və biz onu qorumaq üçün hər şeyi edəcəyik”- deyə Tbilisi meri açıqlayıb.